Selena Qomez məşhur müğənninin obrazını canlandıracaq

Sonuncu dəfə "Only Murders In The Building" adlı serialda çəkilən Selena Qomezin yeni rolu bəlli olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada ən çox izlənən adlardan biri olan aktrisa və müğənni Selena Qomez son həftələrdə müğənniliklə vidalaşa biləcəyinə dair siqnallar vermişdi. "SmartLess" adlı podkastına danışan müğənni sonuncu dəfə albom çıxara biləcəyini bildirib: "Düşünürəm ki, daha bir albom hazırlaya bilərəm, sonra aktyorluğu davam etdirmək istəyirəm". 
Aktyorluğa diqqət yetirəcəyini açıqlayan Qomez yeni filmində amerikalı rok ulduzu Linda Ronstadt obrazını canlandıracaq. “Çarx kimi ürək” və “Sadə yuxular” albomları ilə 1970-ci illərdə iz qoyan Ronstadtın həyatı böyük ekrana gətiriləcək. Rok ulduzu karyerası ərzində 11 Qremmi mükafatı qazanıb.

Qomez sözlərini belə davam etdirib:

"Aktyor olmaq istəyirdim, müğənni olmağı heç düşünmürdüm, amma zaman keçdikcə hobbim karyeraya çevrildi. Düşünürəm ki, çox yaxşı müğənni olduğumu düşünmürəm, amma hekayələri necə danışmağı bilirəm. Mahnı oxumağı sevirəm."