Pentaqon Taylor Svift haqqında sui-qəsd nəzəriyyələrini rədd edir

“Forbes”in “Ən Güclü Qadınlar” siyahısında beşinci yeri tutan və “Time” jurnalı tərəfindən ilin adamı seçilən Teylor Svift son zamanlar dünyanın ən çox danışılan adlarından birinə çevrilib. Müğənninin “Pentaqon layihəsi” olduğu iddia edilib.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqi karyerası boyunca aldığı mükafatlarla tarix yazan amerikalı müğənni Taylor Svift, mahnıları ilə qırdığı rekordlarla, dünya turnesi ilə səs-küy salan, kino tarixini yazaraq "Time" jurnalı tərəfindən 2023-cü ilin adamı seçilib. 

Uğurları ilə adından söz etdirən 34 yaşlı müğənninin "Pentaqon layihəsi" olduğu iddia edilib. ABŞ-da yerləşən "Fox News" xəbər kanalında "Jesse Waters Primetime" proqramını aparan Cessi Uotters "Taylor Sviftin  bu qədər uğur  necəqazandığını heç düşünmüsünüzmü?" deyə soruşub.

“Təxminən 4 il əvvəl Pentaqonun psixoloji əməliyyatlar bölməsi Taylor Svifti aktivləşdirmək  qərarına gəldi”, - deyə aparıcı bildirib. Uotters yayım zamanı bəzi görüntülər paylaşıb. Görüntülərdə 2019-cu ildə NATO danışıqlarında məruzəçi Svifti qlobal təsirə malik adlardan biri kimi göstərir.

"Bu, realdır. Pentaqonun psixoloji əməliyyatlar bölməsi NATO-ya təklif edir ki, Taylor Svift dezinformasiya ilə mübarizə üçün istifadə olunsun", - Uatters bildirib.

Bu xəbərdən sonra Pentaqon açıqlama verib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq müğənninin hit olan "Shake It Off" mahnısına istinad edərək, "Bu sui-qəsd nəzəriyyəsinə gəlincə, biz onu sarsıdacağıq" deyib.