Taylor Svift sizə Avropa vizası almaqda kömək edə bilər

İtaliyaya səfər etmək üçün viza tələb edən filippinli qadının müraciəti Şengen zonasını tərk etməyəcəyi ilə bağlı narahatlıqlar səbəbilə rədd edilib.

Sherg.az xəbər verir ki, daha sonra Taylor Sviftin konserti üçün qayıdacağını deyən qadının viza müraciəti müsbət qarşılanıb.

Taylor Sviftin fanatı olan qadın sosial media paylaşımında yaşadıqlarını izah edərək, "Şengen vizası üçün yenidən müraciət etdim, ilk cəhdimdə geri dönməyəcəyimlə bağlı narahatlıqlar üzündən rədd edildim. Yeni müraciətdə isə dedim ki, Sinqapurda keçiriləcək Taylor Svift konsertinə bilet aldığımı və buna görə də İtaliyada qalmayacağımı bildirdim və biletləri elektron poçtla göndərdim" deyib.


Filippinli qadın müraciət etdiyi yeni vizanın 3 iş günü ərzində işləndiyini bildirən e-poçt məktubu aldığını söyləyib.