Culiya Roberts gənclik və gözəllik sirrini açıb


"Gözəl qadın" filmi ilə şöhrət qazanan Oskar mükafatçısı Culiya Roberts təbəssümü və gözəlliyi ilə  Hollivudun əfsanələri arasında yer alır. Məşhur aktrisa son müsahibəsində gənclik və gözəllik sirrini açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Hollivud ulduzu Culiya Roberts “Vogue UK” jurnalının son buraxılışının üz qabığında olub. Şəxsi həyatından danışan məşhur ad, yaşına meydan oxuyan görünüşü ilə bağlı açıqlama verib.

“Dəyişmədiyimi söyləmirəm” deyən 56 yaşlı Roberts , “Çünki Tom Henkslə bir filmdə çəkilmiş şəklimizi gördüm və üzümüzdə heş bir qırışlar yox idi, sanki  ütülənmiş kimiydik”-deyə bildirib.

"Gənc görünüşünə görə nəyə borcludur" sualına Roberts belə cavab verib: "Yaxşı genlər, xoşbəxt həyat sürmək və həyat yoldaşım Denni Moder".


Məşhur ad, "Ərimin məni çox sevdiyinə və qayğı göstərdiyinə inanıram ki, bu da  məni çox xoşbəxt edir. Və xoşbəxt bir insan görəndə onun neçə yaşında olmasının əhəmiyyəti yoxdur".

Qeyd edək ki, 2000-ci ildə "Meksikalı" filminin çəkiliş meydançasında kinematoqraf Denni Moderlə tanış olan Culiya Roberts 2002-ci ildə evlənib.

Xoşbəxt münasibətlərini davam etdirən məşhur cütlüyün Hazel və Finn adlı əkizləri və Henri Daniel adlı oğlu var.

Digər tərəfdən Culiya Roberts əvvəlki müsahibəsində ailə həyatına üstünlük verdiyini demişdi: “Ərimlə qurduğum həyat. Uşaqlarımızla birlikdə qurduğumuz həyat. Və ən yaxşısı da budur. Əsas odur ki, günün sonunda hamı evinə qələbə ilə qayıtsınlar".