O, az qala mafiyaya qoşulacaqdı

  "Modern Family" teleserialı ilə tanınan amerikalı aktyor Ed Oneil məşhurlaşmamışdan əvvəl mafiyaya qoşulmaqdan çətinliklə xilas olduğunu etiraf edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Ed Oneil aktyorluq karyerasına başlamazdan əvvəl çıxılmaz bir vəziyyətdə olduğunu bildirib.
Cessi Tayler Ferqyusonun aparıcılıq etdiyi "Dinner on Me" proqramında danışan aktyor "Mənim mütəşəkkil cinayətkarlar arasında dostlarım var idi" deyib.
Bəzi mafiya üzvləri ilə münasibəti olduğunu deyən aktyor dostunun ona "Mənim üçün belə şeylər edə bilərsən, səni qoruyacağam, sənə asan iş verəcəm. Yaxşı pul qazana bilərsiniz. Bu işdə yaxşısan" dediyini bildirib. 
  Tərəddüd edən 77 yaşlı aktyor dostuna dediyini xatırlayır: "İcazə ver fikirləşim, Cim. Bilmirəm. Ola bilər ki, aktyorluq üçün şəhəri tərk etməliyəm".
Daha sonra aktyorun atasının sözləri Oneilin qərarını asanlaşdırıb. Atası ona deyib: "Səni Cimmi ilə gəzərkən gördüm. Mən sənə bir sual vermək istəyirəm. Həbsxanaya düşə bilərsənmi? Bu yolla getsən, hər zaman həbsxanada yaşaya bilərsənmi?" sualına aktyorun cavabı “Yox” olunca qərar verməsi asanlaşıb.
  Aktyor elə həmin an aktyor olmaq qərarına gəlib və dostuna zəng edərək təklifə görə təşəkkür etdiyini, lakin imtina etmək məcburiyyətində qaldığını bildirib.
Karyerasına teatrda başlayan aktyor Al Paçino ilə kiçik bir səhnəni paylaşıb və daha sonra daha uğurlu layihələrlə adından söz etdirməyə davam edib.
Aktyor 2009-2020-ci illər arasında yayımlanan "Modern Family" serialındakı Cey obrazı ilə tanınır.