Göz dəyməsin: İdo Tatlısəs əkiz körpələrinin üzünü gizlədi - FOTO

2021-ci ildə möhtəşəm toyla ailə quran Yasemin Şefkatlı və İdo Tatlısəs dünən əkiz körpələrini dünyaya gətirib. Atalıq sevincini yaşayan İdo Tatlısəs əkiz körpələri ilə ilk pozasını izləyiciləri ilə bölüşüb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Derya Tuna və İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs 2021-ci ildə Yasemin Şefkatlı ilə möhtəşəm toyda evlənib.

Xoşbəxt münasibətləri davam edən cütlükdən körpə müjdəsi gəlib. Əkiz uşaq gözlədiklərini açıqlayan Şefkatlı və Tatlısəs iki oğul övladı olacaqlarını açıqlayıb.



 
Yasemin Şefkatlı və İdo Tatlısəs oğullarını yanvarın 22-də qarşılayıb. Məşhur cütlüyün ailələri və dostları onları xəstəxanada tək qoymayıb.

Ötən gün oğullarının şəxsiyyət vəsiqələrini almaq üçün həyəcanlanan İdo Tatlısəs əkiz körpələri ilə ilk pozalarını izləyicilərinə təqdim edib.


 
İlk dəfə valideyn olmaq xoşbəxtliyi yaşayan məşhur cütlük oğullarına İbrahim Ayel və Sinan Emir adını verib.

31 yaşlı İdo Tatlısəsin körpələrinin üzünü qlobus emojisi ilə örtməsi və paylaşımlarına göz muncuq emojisini əlavə etməsi diqqətdən yayınmayıb.