Savaş Zafer Melis Ketenciyə: "Hə" dediyim gün yenidən doğuldum

Aktrisa Perihan Savaş və Yılmaz Zəfərin oğlu Savaş Zəfərin 30 yaşı tamam olub. Ötən il Melis Ketenci ilə ailə quran Zəfər evlilik ildönümünü romantik paylaşımla qeyd edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, həyat yoldaşı Melis Ketenci ilə çəkdirdiyi fotolarını izləyiciləri ilə paylaşan Zəfər, "Mən əslində bu gün ilk doğum günümü qeyd edirəm, çünki keçən il "hə" dediyim gündən yenidən doğulmuşam. Daha neçə gözəl illər gələcək, çiyin-çiyinə bir yerdə, fıstıqım mənim".

Melis Ketenci həyat yoldaşı Savaş Zaferlə çəkdirdiyi fotolarını "Dostlar, 1-ci pilləni keçdik, 2-ci pilləyə hazırıq. Bu yolda olan bütün bacı-qardaşlarıma uğurlar arzulayıram" qeydi ilə paylaşıb.