Hər bir detal heyrətləndirdi: "Robot körpə"

"Paris Moda" həftəsində Schiaparelli brendinin yeni kolleksiyası maraqlı dizaynları ilə gündəm olub. Modelin "robot kukla" ilə gəzdiyi anlar, Cennifer Lopezin metal eynəyi və bir çox maraqlı görünüşü heyrətləndirib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, dəbin paytaxtı Parisdə keçirilən Moda Həftəsi lüks brendlərin bənzərsiz dizaynlarına ev sahibliyi etməkdə davam edir.

 
Özünəməxsus dizaynları ilə moda tarixində iz qoyan Fransız lüks moda markası Schiaparelli-nin 2024 Couture kolleksiyası, şübhəsiz ki, Paris Moda Həftəsinin ən çox danışılan kolleksiyası olub.

Brendin kreativ direktoru Daniel Roseberrynin maraqlı dizaynları həm moda dünyasında, həm də sosial mediada səs-küy yaradıb.



Xüsusilə dəfilə zamanı model Meqqi Maurerin körpə formalı əşya daşıdığı anlar diqqət çəkib. Kabellərdən və elektron lövhələrdən ibarət obyekt Swarovski kristalları ilə örtülüb.

Sosial mediada diqqət çəkən bu obyekt "robot kukla" kimi təsvir edilib. Dizaynların sahibi Daniel Roseberry robot kuklanın "Yadplanetli" filmlərindəki Ripli personajına istinad olduğunu bildirib.

Dünya şöhrətli ulduz müğənni Cennifer Lopezin də eynəyi dəfilənin ən çox danışılan aksessuarları olub. 



Yeni saç tərzini təqdim edən aktrisa Zendaya qollarındakı detallarla diqqət çəkən dizayn seçib.

1920-ci illərdə italyan dizayner Elsa Schiaparelli tərəfindən qurulan brendin dizaynlarında dodaq, burun, göz və əl motivləri də maraq oyadıb.