Aslı Enverdən qızı Elay ilə yeni pozalar: İki gözümün çiçəyi

Aktrisa Aslı Enver bir müddətdir ki, ekranlardan uzaq bir həyat yaşayır. Analığın dadını çıxaran məşhur aktrisa qızı ilə yeni pozalarını izləyiciləri ilə bölüşüb.

Sherg.az xəbər verir ki, 12 noyabr 2022-ci ildə sürpriz qərarla Berkin Gökbudakla ailə quran aktrisa Aslı Enver iyulun 4-də qızı Elay dünyaya gətirib.

Bu günlərdə ekranlardan uzaq olan və kiçik qızı ilə vaxt keçirən Aslı Enver qızı Elay ilə yeni pozalarını paylaşıb.

Körpəsi ilə kamera qarşısına keçən məşhur ad paylaşımına "İki gözümün çiçəyi" qeydini yazıb.

Ana və qızın pozaları "Maşallah", "Elay böyüdü" kimi minlərlə bəyənmə və şərh alıb.


Qeyd edək ki, Aslı Enver ötən aylarda "Elay yatan körpə deyil. Çözüm olan, yol göstərə bilən biri varsa, mənə müraciət etsin!" O, təcrübəli analardan kömək istəyib.
“Kavak Yelleri” serialı ilə tanınan Aslı Enver “Suskunlar”dakı ifası ilə şöhrət qazanıb. Məşhur ad daha sonra "İstanbullu gəlin" və "Babil" kimi bir çox layihədə görünüb və son olaraq "Ara" internet serialında baş rol oynayıb.