
Ermənistanda polis zorakılığı: Demokratiyadan dəm vuran Qərb niyə göz yumur? -ŞƏRH
12:25 13.06.2024
Dünya
600
“Bu gün Nikol Paşinyan Qərbin siyasi imperialist dairələri tərəfindən yetişdirilən şəxs olaraq Ermənistan hakimiyyətindədir. Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin İrəvana səfəri və verdiyi mesajlar fonunda görürük ki, Qərb və Avropa İttifaqının Fransa başda olmaqla bəlli dairələri Ermənistandan tamamilə Rusiyanı kənarlaşdırmağa çalışırlar”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov
Ermənistandakı mülki şəxslərə qarşı polislərin qəddar davranışlarını şərh edərkən deyib.
O bildirib ki, Qərb Ermənistanda siyasi təsirlərini gücləndirməklə yanaşı, həm də iqtisadi baxımdan Rusiyanı əvəz etməyə çalışır:

"Paşinyanın Parlament iclasında KTMT-ni Ermənistanın tərk etməsi ilə bağlı açıq mesaji, Belarusyada Lukaşenko hakimiyyəti əleyhinə verdiyi kəskin ifadələr O’Brayenin səfərindən dərhal sonraya təsadüf edir ki, bu da çox düşündürücü məqamdır. Ermənistan polisinin müxalifətə qarşı kəskin davranışları da Rusiya mərkəzli təşkilatlara yönələn addımlardır. ABŞ və Ermənistan arasında gömrük sadələşdirilməsi haqqında imzalanan saziş də Qərbin Ermənistandakı Rusiya iqtisadi üstünlüyünü ələ keçirməyə hesablandığını göstərir. Bunun qarşılığında isə Ermənistanda aksiyaçılara qarşı həyata keçirilən kobudluqlara Qərb instutları göz yummaq məcburiyyətində qalırlar. Təəssüflər olsun ki, bu ikili standartlar uzun illər davam edib. Azərbaycan torpaqları işğal altında olan dövrdə də işğalçı ilə işğala məruz qalana fərq qoyulmurdu. Bu gün digər ölkələrdə demokratiyanın vəziyyəti haqqında uydurma hesabatlar hazırlayan Qərb instutları Ermənistanda mitinq keçirənlərə qarşı polisin apardığı ifraf müdaxilələrə susurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm