Körpə müjdəsi: Aktyor cütlükdən şad xəbər gəldi

"Hatırla Sevgi", "Gönülçelen" və "Kırık Kanatlar" kimi serialları ilə tanınan Cansel Elçin 2020-ci ildə həmkarı Zeynep Tuğçe Bayatla ailə həyatı qurub.

Sherg.az xəbər verir ki, xoşbəxt münasibətlərini davam etdirən aktyor cütlüyündən şad xəbər gəlib.

 
Nəhayət, Şahzadə serialının ikinci sezonunda rol alan Zeynep Tuğçe Bayat əri ilə uşaq gözlədiklərini və ultrasəs fotosunu çəkdirdiyini açıqlayıb.

Cansel Elçin əri ilə poza verib və  “Biz bir ailəyik” qeydi ilə paylaşıb.

İlk körpələrini qarşılamağa hazırlaşan məşhur cütlüyə minlərlə təbrik mesajı gəlib.


Ana olmağa hazırlaşan Zeynep Tuğçe Bayatın hamiləliyi diqqətdən yayınmayıb.