Məşhur müğənni və aktrisa Selena Qomez şəxsi həyatı ilə yanaşı, layihələri və musiqi hit-paradların zirvəsinə yüksələn mahnıları ilə daim gündəmdədir. Bir müddətdir musiqi prodüseri Benni Blanko ilə birlikdə olan Qomez səhhətində yaranan problemlərə görə uşaq sahibi ola bilməyəcəyini açıqlayıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, məşhur müğənni uzun müddət sonra yeni eşq yaşamağa başlayıb. Qomez yeni sevgilisi Benni Blanko ilə münasibəti haqqında "Özümü heç vaxt bu qədər təhlükəsiz hiss etməmişdim və bu, çox gözəl hissdir" deyib. 32 yaşlı aktrisa “Vanity Fair” jurnalına müsahibəsində uşaq sahibi ola bilməyəcəyini açıqlayıb. S.Qomez, "daha əvvəl bunu heç vaxt deməmişəm, amma təəssüf ki, öz övladlarımı daşımağım mümkün deyil. Həyatımı və körpəmi təhlükəyə atacaq bir çox problemim var" deyib. Qeyd edilir ki, S.Qomez lupus xəstəliyi ilə mübarizə aparır. Qomez səhhətindəki problemlər və nə vaxtsa uşaq övladlığa götürə biləcəyi haqqında da danışıb: ““Anam övladlığa götürülməsəydi, yəqin ki, burada olmazdım. Mən isə uşaq övladlığa götürmə və ya surroqat analıq yolu ilə valideyn ola biləcəyimi düşünürəm. Təbii ki, bu, tam olaraq təsəvvür etdiyim kimi deyil. Bundan əvvəl hər kəs kimi mən də ana ola biləcəyimi düşünürdüm. Amma bu məsələ xəstəliyim üzə çıxdıqda qapandı. Ana olmaq istəyən insanları yaxşı anlayıram. Mən də onlardan biriyəm. Səhhətimin necə olacağını bilmək üçün səbirsizlənirəm, amma təbii ki, mənim üçün analıq bir az fərqli olacaq. Amma sonunda olacaq. Mənim körpəm olacaq", deyib. Selena Qomezin böyrəyinin biri lupus xəstəliyi nəticəsində sıradan çıxıb. Qomez 2017-ci ildə rəfiqəsi Fransia Raisa tərəfindən böyrək köçürüldükdən sonra yenidən həyata qaytarılıb. Son illərdə isə müğənni aşırı dərəcədə çəki almasıyla gündəmə gəlib. Lupus xəstəliyinə qarşı istifadə etdiyi dərmanlar səbəbiylə kökəldiyini açıqlayan Qomez, "Mən model deyiləm və heç vaxt olmayacağam. Sadəcə, sizi sevdiyimi və məni dəstəklədiyiniz və anladığınız üçün sizə təşəkkür etmək istədim. Və düzünü desəm, insanları bədənlərinə və ya başqa bir şeyə görə utandırmağı heç qəbulı etmirəm. Digər tərəfdən, "Bloomberg"ə görə, 32 yaşlı müğənni artıq rəsmi olaraq milyarderdir. "Bloomberg" milyarderlər indeksinə görə, Qomezin ümumi sərvəti 1,3 milyard dollara çatıb. Müğənni sərvətinin böyük hissəsini "Nadir gözəllik" adlı gözəllik brendinə borcludur. Qomezin təxminən 5 il əvvəl qurduğu brendin dəyərinin 1 milyard dollar olduğu təxmin edilir. Brendinin uğuru sayəsində Qomez Teylor Svift və Rihanna kimi adların da yer aldığı "özü qazanan ən gənc milyarder qadınlar" siyahısına daxil olub. Qomezin Emmi nominasiyasına layiq görüldüyü "Yalnız binada cinayətlər" serialından hər mövsümdə 6 milyon dollar qazandığı təxmin edilir. Selena Qomez "Yalnız binada cinayətlər" serialındakı performansına görə komediyada ən yaxşı qadın rola namizəd olub.