Dilan Polat və bacısı Sıla Doğunun Beşiktaşda bir əyləncə məkanında çəkilmiş görüntüləri ilə bağlı İstanbul Respublika Prokurorluğunun Mətbuat Cinayətləri üzrə İstintaq Bürosu tədbir görüb.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş Prokurorluq Polat və Doğuya qarşı "əxlaqsızlıq" maddəsi ilə revize olaraq istintaqa başlayıb.
Qeyd edək ki, Dilan Polat Anadolu 2-ci Asliye Cəza Məhkəməsində “cinayətdən doğan əmlak dəyərlərinin yuyulması”, “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək”, “Futbol və digər idman yarışlarında mərc oyunlarının və şans oyunlarının tənzimlənməsi haqqında” qanunun pozulması” ilə bağlı mühakimə olunduğu iş çərçivəsində avqustun 19-da cərimə tələbi ilə azadlığa buraxılıb.