Xərçəngdən müalicə alan Middlton uzun müddət sonra...

Şahzadə Uilyamın uzun müddətdir xərçəngdən müalicə alan xanımı Keyt Middlton ailəsi ilə birlikdə "Westminster Abbey"də Milad konsertinə qatılıb.

Tədbir üçün 42 yaşlı Uels şahzadəsi Milad və Yeni il bayramlarının ruhuna uyğun paltar seçib: Keytin sevimli brendi "Alexander McQueen" brendinə məxsus qırmızı paltosunun boğazı bantla bəzədilib. 

Konsertdə Şahzadə Uilyam və Keytin övladları Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Lui də yer alıb. Onlar bayram ab-havalı geyimləri ilə diqqət çəkiblər. 

Bu il "Westminster Abbey"dəki milad konserti xüsusi diqqət çəkib. Çünki kral ailəsi çətin günlər yaşayır: həm Keyt Middlton, həm də Kral Çarlz III xərçəng xəstəliyindən müalicə olunurlar. 

Uels şahzadəsi kimyaterapiyanı başa vurduqdan sonra tədricən krallıq vəzifələrinə qayıdır, lakin hələ də müalicəni davam etdirdiyi üçün tam özünə gələ bilməyib. \axşam.az