
Aydın Sezer: Suriyadakı İŞİD terrorçularının ölkələrinə göndərilməsi real deyil
Yusif Nəzərli
08:19 03.01.2025
Siyasət
541
Suriya həbsxanaları və düşərgələrində qalan İŞİD terrorçularının vətəndaş olduqları ölkələrə göndərilməsi lazımdır. Bu barədə Türkiyə xarici işlər naziri hakan Fidan Belçikanın xarici işlər naziri Bernard Quintin ilə birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, bu məhbusların uzun zamandır cəza alamamaları və gələcəklərinə dair qərarın verilməməsi bölgə üçün təhlükə mənbəyinə çevirilib.
H. Fidan, həmçinin, Türkiyənin Suriya hökumətinə bu həbsxana və düşərgələrin nəzarət altına alınması məsələsində yardım etməyə hazır olduğunu vurğulayıb. Türkiyə olaraq, həm bu böhranın çözülməsi, həm də Türkiyənin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq, həm də Suriyanın milli və ərazi bütövlüyünü, başda kürdlər olmaqla, orada olanların təhlükəsizliyini təmin etmək üçün təkliflərimiz hazırdır. Türkiyəli nazir Suriyada başlayan yeni dövrdə Türkiyənin bütün etnik və dini qrupların qoruyucusu olduğunu da əlavə edib. Onun sözlərinə görə, hər hansı tərəfin zülmə məruz qaldığı təqdirdə Ankara lazımi addımlar atacaq.

Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a bildirib ki, Hakan Fidanın Belçikanın xarici işlər naziri Bernard Quintinlə mətbuat konfransında İŞİD ilə bağlı söylədiyi fikirlər əvvəllər də gündəmə gətirilib:
“Suriyadan İŞİD terrorçuların vətəndaşı olduqları ölkələrə göndərilməsi mövzusunda təklif var idi. Lakin bir çox Avropa ölkəsi öz vətəndaşlarını qəbul etməyəcəklərini və həmin şəxslərin vətəndaşlıq hüququnu itirdiklərini bildirmişdilər. Dolayısı ilə Hakan Fidanın sözügedən təklifinə qarşılıq veriləcəyini düşünmürəm. Digər tərəfdən isə Hakan Fidan Suriyadakı həbsxanaların nəzarətində Suriya hökümətinə yardlm göstərməyə hazır olduğunu söyləyir. Türkiyənin bu tələbini bir sıra ölkələr dəstəkləsə də, yeni idarəetmə sistemi ölkədə xarici əsgərlərin ölkəyi tərk etməsini gözlədiyi dönəmdə həbsxanaların qorunmasına razılıq verməyəcək. Gələcək zaman çərçivəsində Suriyada bütün azlıqların daxil olduğu hökümət ortaya çıxarsa, Türkiyənin təklifi təkrarlana bilər. Eyni zamanda Hakan Fidan Türkiyənin etnik və dini qrupların qoruyucusu olacağını söylədi. HTŞ lideri Türkiyənin Suriyadakı təsirindən narahat olan Ərəb ölkələrini inandırmaq üçün əlindən gələni edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət