2025-ci ildə ardıcıl üç Super Ay proqnozlaşdırılıb
Yusif Nəzərli
17:30 03.01.2025
Dünya
829
2025-ci ildə peşəkar astronomlar bir sıra möhtəşəm səma hadisələri vəd edirlər. Bu il üçün astronomik təqvimdə iki tutulma - bir Ay və bir Günəş tutulması - və demək olar ki, ardıcıl üç Super Ay proqnozlaşdırılıb. Bundan əlavə, cari ildə Günəş fəallığının artması ilə tezliyi və intensivliyi artan meteor yağışları və şimal parıltıları da olacaq.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, astronomik hadisələrdən ilki olan Kvadrantidlər meteor axını artıq başlayıb, yanvarın 3-4 tarixlərində pik həddə çatacaq. Astronomların sözlərinə görə, bir saat ərzində 120-yə qədər "ulduz axını" müşahidə etmək mümkün olacaq.
Qeyd edək ki, "axan ulduzlar" da adlandırdığımız meteorlar, əslində Yerin atmosferinə saniyədə 70 km-ə qədər sürətlə daxil olan kometa və ya asteroid parçalarıdır. Güclü sürtünmə səbəbindən onlar dərhal yanır və gecə səmasında mavi və ya sarımtıl izlər buraxır.
2025-ci ilin Günəş və Ay tutulmaları
Martın 29-da Ay Günəşlə Yer arasında düz xətt üzrə yerləşəcək və Günəş diskinin bir hissəsini örtəcək - Günəş tutulması baş verəcək. Tam tutulmanı yalnız Kanadanın cənub-şərq sakinləri müşahidə edə biləcək, digər regionlarda, o cümlədən Britaniyada Günəş yalnız qismən, təxminən üçdə bir hissəsi tutulacaq.
Sentyabrın 7-də isə tam Ay tutulması gözlənilir. Mütəxəssislərin proqnozlarına görə, bu, XXI əsrin ən uzun tutulmalarından biri olacaq.
Super Ay
2025-ci ildə üç Super Ay hadisəsi gözləyir - bu zaman dolunay Yerə minimal məsafədə yaxınlaşır və adətən olduğundan 30% böyük və 15% daha parlaq görünür.
Bu hadisəni oktyabrın 7-də ("Ovçu Ayı"), noyabrın 5-də ("Qunduz Ayı") və dekabrın 4-də ("Soyuq Ay") müşahidə etmək mümkün olacaq.
Qütb parıltıları
Ekspertin sözlərinə görə, Günəş fəallığının 11 illik dövrü pik nöqtəsinə çatdığı üçün növbəti 12 ay ərzində parıltıları daha tez-tez müşahidə etmək mümkün olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm