Ailəsi ilə yaşadığı problemlərə görə bir müddət gündəm olan Özcan Dəniz ötən həftələrdə xəstəxanaya yerləşdirilmişdi. Ürəyində qıcolma olan ifaçı angi əməliyyatı etdirib.
Sherg.az xəbər verir ki, bir müddətdir ailəsi ilə yaşadığı problemlərlə danışılan Özcan Dəniz anası Kadriye Dəniz və böyük qardaşı Ercan Dənizin ona ünvanladığı sözlərdən sonra ürək tutması ilə xəstəxanaya aparılıb.
Səhhətinin yaxşı olduğunu bildirən Dəniz, "Ailə məsələlərindən danışmamaq prinsipim var. Artıq ailə məsələlərinə əvvəlki kimi romantik baxmıram" deyib.
Özcan Dəniz bu gün angi olub. Dənizin həyat yoldaşı Samar Dadgar xəstəxanadan paylaşım edib. "Biz anji olub çıxacağıq, hər şey yaxşıdır, sadəcə çarpayı bir az dardır, güclə sığışıram, amma qalxmaram".