Məşhur aktyor ikinci dəfə oğurluq etdi

Türkiyənin məşhur "Quruluş Osman" serialının aktyoru Ümid Gündəşin İstanbulun Ovçular rayonunda çamadan oğurladığı müəyyən edilib.

Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 27-də baş verib.

O, mağazanın qarşısındakı çamadanı oğurlayaraq, ərazidən uzaqlaşıb.

Mağaza sahibləri şikayətçi olmadıqlarına görə aktyora qarşı ittiham irəli sürülməyib.

Ü.Gündəşin keçən il marketlərin birində yağ oğurlaması müşahidə kameralarına düşmüşdü.