Elgiz ona “eybəcər” deyən xalq artistindən danışdı:“...Cavabım ağrı verərdi”
Yusif Sultanoğlu
10:03 01.06.2021
Şou
1792
“İnsan çalışırsa, onun işinə fikir bildirən, tənqid edən olmalıdır. Lakin təhqir etmək olmaz”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Onun sirri” proqramında aparıcı Elgiz Əkbər ona bir vaxt “eybəcər” deyən xalq artisti haqda söyləyib. O ad çəkməsə də, bunları əlavə edib:
“Həmin adam qəzetə haqqımda müsahibə verir və məni yıxıb-sürüyür. Mənim də xəbərim yoxdur. Biri də söyləmir ki, çox dəyərli xalq artisti səninlə bağlı belə danışıb. Qonşumuzda Ruqiyyə adlı jurnalist qız yaşayırdı. Bir gün anamla-atam evdə oturublar. Həmin Ruqiyyə bizə gəlir, deyir ki, çox üzülmüşəm. Anam söyləyir ki, nə olub, qızım? Qayıdıb ki, sizin oğlunuz haqda xalq artisti qəzetə danışıb o uşağı nə günə qoyub. Anam təəccüblənib. Sonra Ruqiyyə qəzeti anama verib. Atamla birgə qəzeti oxuyublar.
Anam ağlayıb, atamın halı pisləşib. Bəlkə də atam dünyasını dəyişməsə, indi belə pis olmazdım. Atam deyib ki, xalq artistini tapmağa gedirəm. Onun bir dostu var, Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasında sürücü olub.
Atam həmin adamı tapmaq üçün dostu ilə danışıb. O da ağıllı insandır, atama məsləhət verib ki, bu işə qarışmasın. Mən də o xalq artistinə cavab vermədim.
Aparıcılıq qabiliyyətimi bəyənməyə bilərsiniz. Bəs niyə məni təhqir edirsiniz? Sonda deyib ki, elə eybəcər efirdə ola bilməz. Dəhşətə gəldim, çünki bu insanla görüşəndə söhbət edirdik. O vaxt mənim işlədiyim müəssisə ilə əməkdaşlıq edirdi. Biz tez-tez rastlaşırdıq”.
E.Əkbər sözügedən xalq artistinin oğlunun dünyasını dəyişdiyini söyləyib:
“Onun oğlunu çox gözəl tanıyırdım. Atamın adından cavab müsahibəsi hazırlatdırardım. Amma etmədim. Onun oğlu çox gənc yaşda ölüb. Oğlunu itirən bir ataya mənim cavabım ağrı verərdi. Valideynlərimi sakitləşdirdim. Sonra qəzeti gətirəni çağırdım, dedim, sən hansı məqsədlə bunu etmisən? Nə ixtiyarla valideynlərimə o qəzeti vermisən? Onun məqsədini də başa düşdüm. Bunlar beş il əvvəl baş verib. Yenə də qəlbimdə yaradır. Onun müsahibəsindən xəbərim yoxikən Kübra Əliyevanın oğlunun yasına getdim. Biz bununla eyni vaxtda gəldik. Gəldim dayandım,baş sağlığı verirdim. Gördüm budur. Həmişə mənimlə hal-əhval tutan insan yanımdan düz keçdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə
“Qalatasaray” azarkeşlərinə üzücü xəbər
16:10 06.09.2026
Futbol
Uitkoff və Kuşner Ukraynaya səfər edib
15:52 06.09.2026
Gündəm