“Köhnə dəftərləri bağladım” demişdi… İkiqat qonorar aldı!

İbrahim Tatlıses ilə məşhur oriyental Asena arasında 25 illik küsülülük ilin ilk gecəsində başa çatdı. Lakin barışma gecəsində səslənən bir ifadə sosial mediada geniş müzakirələrə səbəb oldu.

Sherg.az xəbər verir ki, Asena “İbo Show Yeni İl Özəl” proqramına qatılaraq rəqs etdi və Tatlıseslə illər sonra eyni səhnəni paylaşıb. Verilişdə qonaqlardan Bülent Ersoy yapımçıların Asena’nı proqramda iştirak etməyə necə razı saldıqlarını soruşub. Bu zaman kamera bucağında olmadığını düşünən digər qonaq Yıldız Tilbe əl hərəkəti ilə pul işarəsi göstərərək “İkiqat pul aldı” deyib. Ekrana düşən bu anlar qısa zamanda sosial şəbəkələrdə gündəm olub.

Yeni il gecəsi Kıbrısda səhnəyə çıxan Asena jurnalistlərin suallarını da cavablandırdı. “Sizi bir daha İbrahim Tatlıseslə yan-yana görə biləcəyikmi?” sualına oriyental belə cavab verib:

“Tamamlamalı olduğum şeyi tamamladım. Artıq öz yoluma baxacağam.”

Asena daha əvvəl də Tatlıseslə barışmasını belə izah etmişdi:

“Bu, keçmişimlə üzləşməyim idi. Özüm-özümə hesabat verdim və köhnə dəftərləri bağladım.”

Qeyd edək ki, məsələ ilə bağlı tərəflərdən rəsmi açıqlama olmasa da, verilişdə səslənən “ikiqat qonorar” iddiası şou-biznes gündəmini uzun müddət məşğul edəcək kimi görünür.