Madonna gənc sevgilisi ilə görüntüləndi

Müğənni Madonna həftəsonu 29 yaşlı sevgilisi Akim Morris ilə görüntülənib.

OLAY yazır ki, cütlük əfsanəvi pop ulduzunun səbirsizliklə gözlənilən yeni albomuna həsr olunmuş “Madonna in Conversation + Film Premiere: Confessions II” tədbiri üçün “Beacon Theatre” teatrına gedərkən görüntülənib. Onlar zala daxil olarkən də, nümayişdən sonra çıxarkən də əl-ələ olublar.