“Maral” mahnısı ilə ev aldım, övladımı oxutdum”
Yusif Sultanoğlu
14:58 25.08.2021
Şou
1241
““Maral” mahnısı mənə 2013-cü ildə Fərid Kərimli tərəfindən təqdim olundu. Qarsda yazılıb, türkiyəli bir ifaçı səsləndirib. Bunu dinlədim. Dedim, Füzuli kantatası ifa etmişəm, Flora Kərimova ilə oxumuşam. Onlardan sonra repertuarımda buna yer verim?”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Özəl” proqramında müğənni Nadir Qafarzadə söyləyib. O, məşhur mahnısı haqda danışıb:
“Nəhayət, “Maral”ı oxumağa razı oldum. Çox tənqid-təhqir etdilər, dedilər, bayağıdır, amma sevildi. Onu bayağı adlandıranlar, sonra dedilər ki, sayəndə pul qazanırıq. Biz toylara gedirdik, pul verirdilər ki, “Maral” oxu. Mahnını bilməyənləri fonoqram oxudurdular. Onlar da məcbur olub, ifa edirdilər. İfaçıların əksəriyyəti mahnını gəlir üçün yazdırır. Mənə hansısa başqa mahnım pul qazandırmayıb. Təkcə bundan gəlir əldə etdim. Rusiyanın şəhərlərini gəzdim, Azərbaycanın qərbinə yol açıldı, Dağıstana qədər getdim, oliqarx toylarına dəvət aldım. Gəlin deyirdi ki, mütləq “Maral” ifa olunmalıdır. Bəzən vağzalı əvəzinə gəlin və bəy “Maral”la zala daxil olurdular. Bir nəfər demişdi ki, hansısa toyda 57 dəfə bu mahnı səslənib. Toy yiyəsindən aldığım məbləğdən qat-qat artığını əldə edirdim. O mahnı sayəsində ev aldım, övladımı oxutdurdum, həyatım dəyişdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya