Məşhur reper Bakıya gəlir

Türkiyəli məşhur reper Blok3 (Hakan Aydın) Bakıda konsert verəcək.

Kult.az xəbər verir ki, bu barədə “İticket.az” saytında məlumat yerləşdirilib.

Məlumata görə, konsert 7 noyabr tarixində "Bakı Kristal Holl"da keçiriləcək.

Biletlərin qiyməti isə minimum 45, maksimum 120 manatdır.