Müğənni Zeynəb Həsəni: "...Anam öləndən yüküm azalıb"
Yusif Sultanoğlu
12:15 25.08.2021
Şou
1749
Müğənni Zeynəb Həsəni “Onun sirri” proqramında həyat hekayəsindən bəhs edib.
“Sherg.az” xəbər verir ki, ifaçı çox çətinliklər yaşadığını söyləyib:
“Anam uzun illər xərçəng xəstəliyindən əziyyət çəkdi. Ona görə, bir çox şeydən imtina etdim, istədiyim yerlərə getmədim, arzuladığım bir işi görmədim. Beş manat da qazansam, onu evə verirdim ki, məndən narahat olmayın, özümü bir təhər saxlayacam. Lakin anamın xərcləri çox idi. Bəzən deyirdim, Allah, mənim üzərimə qoyduğun çox ağır məsuliyyətdir. Anam həmişə deyirdi ki, üstündə bir yükəm, öz həyatını yaşaya bilmirsən. Qayıdırdım ki, sən mənim üçün mükafatsan, yük deyil. Bunları büruzə vermədiyimə görə, eqoist kimi tanıyırlar. Amma bir qadın kimi çox ağrılı günlər yaşadım. İstər-istəməz onlar məni qəddarlaşdırıb, qocaldıb. Daxilən 60 yaşında kimi hiss edirəm. Çox yorulmuşam. Hər gün öz-özümə danışıram. Deyirəm, kimsə görsə, dəli olduğumu düşünər. Anam dünyasını dəyişəndən sonra bitdim, tükəndim. Bəlkə də, yüküm azalıb, amma deyirəm, anam, sən yaşasan, daha güclü olardım. Bir arzum qalmayıb. Təkcə anama sağlam həyat yaşatmaq istəyirdim. Qısa müddət buna nail oldum. İndi həyatda bir diləyim yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət