Murat Dalkılıç 14-cü dəfə əməliyyat olunacaq

Türkiyəli müğənni Murat Dalkılıç burun nahiyəsindən 14-cü dəfə əməliyyat olunacağını açıqlayıb. Sənətçi uzun müddətdir davam edən sağlamlıq problemi səbəbilə çətin dövr keçirdiyini bildirib.

Sherg.az xəbər verir ki, Dalkılıç mart ayında 13-cü dəfə burun əməliyyatı keçirib. O, əvvəlki əməliyyat zamanı yaranan infeksiyanın vəziyyətini ağırlaşdırdığını və uzunmüddətli müalicə prosesi keçdiyini deyib.

Müğənni hələ də nəfəs almaqda çətinlik çəkdiyini və qarşıda kiçik əməliyyatların olduğunu bildirib. Dalkılıç bu prosesin onun psixoloji vəziyyətinə də təsir etdiyini qeyd edib.

“Bir insanın yandan baxanda burnu olur, elə deyilmi? Mənimki isə getdi. 11 saat yarımlıq əməliyyat keçirdim. Orada infeksiyaya yoluxdum və bu infeksiya məni bu vəziyyətə gətirdi”, - deyə sənətçi bildirib.