Nazpəri Dostəliyeva oğlunun vəsiyyətini AÇIQLADI: "Əli dedi ki, oğlumu anasının əlində qoyma"
Yusif Nəzərli
09:45 07.10.2021
Şou
2521
Xalq artisti Nazpəri Dostəliyeva ilk dəfə oğlu Əlinin ölümündən danışıb.
“Sherg.az” xəbər verir ki, o, “ 1 dəqiqə” verilişində qonaq olub. Sənətçi oğlunun son anlarını yada salaraq bunları söyləyib:
“O, dünyadan köçəcəyini bilirdi. Mən isə anlamırdım, daha doğrusu inanmırdım. Son bir neçə ildə ailəsi ilə bağlı problemləri oldu, boşandı. Fikir edirdi, həyəcanlanırdım, amma mənə söyləmirdi. Əsəbləşəcəyimi bilirdi. Ona görə ürəyinə atırdı, sonda da belə oldu. Sonuncu dəfə həkim söylədi ki, Nazpəri xanım, toxunmayın. Əli mənimlə danışdı, onu qucaqladım bağrıma basdım. Dedi ki, ana sənə çox əziyyət vermişəm, güclü qadınsan, sənətkarsan, sevənlərinin gözlərini yolda qoyma. Mən də anlamıram ki, niyə belə danışır. Bacımı çağırdım, söylədim ki, balam, nə üçün belə deyir? Əli də son sözlərini dedi, əlimdən öpdü. Qırx il bir qorxu ilə yaşayırdım. O gün oğlumu itirməkdən qorxduğumu anladım”.
Aparıcının “Oğlunuza həyat yoldaşı xəyanətmi edib?” sualına gəlincə N.Dostaliyeva bu barədə danışmaq istəmədiyini deyib:
“Səbəbsiz nəsə olmur. Söhbəti burada bitirmək istəyirəm, çünki mənim nəvəm, Tamerlanım var. Əli oğlu ilə bağlı vəsiyyət etdi. Əvvəlcə məndən halallıq istədi, sonra söylədi ki, Tamerlanı sənə tapşırıram. Dedi ki, oğlumu kimsənin, hətta anasının belə əlində qoyma. Amma mən körpə balanı anasından ayırmaq istəmirəm, o, böyüyəndə nənəsini tapacaq. Anası uşağı verməyib nə edəcək ki? Lakin mənə verməmək hüququ da var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət