Rəhim Rozanı “ağ yuyub qara sərdi”: “O insanı yerlə bir edərəm”
Yusif Sultanoğlu
11:52 14.06.2021
Şou
1412
“Həyatımda Rozanı 4 dəfə görmüşəm. Onunla ailəvi gediş-gəlişimiz yoxdur. Roza evimdə olmayıb. O, ünvanımı bilmir”.
“Sherg.az” xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli “ATV Maqazin onlarla” proqramının “ 33 sual” rubrikasında həmkarı Roza Zərgərli haqda söyləyib. Sənətçi R.Zərgərlinin “Rəhimin evində qonaq da olmuşam. Anasının əllərindən öpürəm” sözlərinə münasibət bildirib:
“Heç bir konsertdə üz-üzə gəlməmişik. Səhnədə birgə çıxış etdiyim sənətçilər Brilliant Dadaşova, Röya Ayxan, Aygün Kazımovadır. Heç vaxt Roza olmayıb. Çox konserti özüm təşkil edirəm və ora Rozanı istəmərəm. Anamın, qardaşımın adını bilməz. Mən də onun ailəsini tanımıram. İki dəfə onunla telefonda danışmışıq. Bir dəfə konsertə dəvət etmişdi. Böyük məmnuniyyətlə qəbul etdim. Çünki həmin konsertdən yığılan vəsait bir uşağın əməliyyatı üçün xərcləndi”.
İfaçı R.Zərgərlinin “ Bir musiqi qrupu ilə mübahisə etdim. Rəhim onları mənə qarşı qızışdırdı. Dedi ki, mən sizə şərait yaradıram, çıxın onu yıxıb-sürüyün” iddialarına da cavab verib:
“Düz deyir. Elə bir şey etmişəm. Mənə qrupdan zəng gəldi. Dedilər ki, biz Roza xanımın konsertində idik. Pulumuzu vermədi. İşlətdi, çapdı,taladı, amma qonorar ödəmədi. Dedim, ola bilməz. Çünki o konsertdə mən də iştirak etmişəm. Bilirəm ki, Rozanın imkanı yaxşıdır, studiyası, maşını və sair var. Amma and içdilər ki, vermədi. Söylədim ki, kim olursa, olsun, pulunuzu ödəməyibsə, yıxıb-sürüyün. O insanı yerlə bir edərəm. Musiqiçinin pulunu ödəməmək nə deməkdir?! Bildiyimə görə, indiyənə qədər pulunu verməyib”.
R.Rəhimli verilişdə həmin musiqiçilərdən birinə zəng edib. O da hələ də R.Zərgərlidən pulu ala bilmədiklərini təsdiqləyib. Rəhim isə onun əvəzindən musiqiçilərin pulunu ödəyib, jest edə biləcəyini xüsusi vurğulayıb:
“Musiqiçinin pulunu ödəməmək yaxşı deyil. Rozaya nə olub? Allah şəfasını versin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm