Röya: "20-30 kişiyə enerji ötürə bilməyəcəm"
21:07 10.04.2021
Şou
686
Xalq artisti Röya Ayxan "Zaurla Günaydın" verilişində qonaq olub.
Demokrat.az xəbər verir ki, Röya Ayxan "Sizi nə sevindirir" sualına belə cavab verib:
"Həyatda heç nədən təəccüblənmirəm. Biri mənə yaxta, ada da hədiyyə etsə belə təəccüblənməyəcəm. Həyəcan, şok və s. hisləri fəxri ad alanda yaşamışam. Bu hiss oğlum Hüseynlə də bağlı ola bilər.
"W-Trio" qrupunda çıxış edəndə restoranlarda da oxuyurduq. Biz harada oxuyurduqsa, restoran rəhbərləri çox istəyirdilər. Ən çox da məni, deyib-gülən idim. "Nokia" telefonları yeni çıxmışdı. Müdir mənə dedi ki, niyə gecikirsən?
Cavab verdim ki, hamısının telefonları var, mənim yoxdur. Onlar telefonun saatına baxırlar, mən onsuz da saatı bilmirəm. Kişi telefondan nömrəsini çıxardı və telefonu hədiyyə etdi.
Natavan Həbibi və Elnarə Xəlilovaya dedim ki, kişi mənə telefon verdi. Onlar da dedilər ki, Vaqif Gərayzadə bilməsin. Deyəcək ki, niyə götürdün!.
Bir gündən sonra Vaqif müəllimə dedik. O, isə müdirə dedi ki, niyə Röyaya telefon vermisiz? O da cavab verdi ki, Elnarə Xəlilova və Natavan Həbibinin telefonu var, bu qaraçının da olsun. Belə halları yadıma salıb gülürəm. Doğrudan maraqlı həyatım olub".
Xalq artisti qardaşları haqqında da danışıb:
"Ayxan saç ustası işləyir. Deyir ki, bərbər olmaq istəyirəm. İsmayıl səs rejissorluğunu oxuyur, həm də müğənniliklə məşğul olur. Hələ də maddi olaraq məndən qopmayıblar. Düşünürdüm ki, bu il qopacaqlar, amma pandemiya oldu".
Röya Ayxan pandemiyada gizli toy mərasimlərinin keçirilməsindən də danışıb:
"Evdə 15-20 nəfərlə rəsmi nigah, fotosessiya edirlər. Amma bir populyar adam orada çıxsa, telefonla çəkəcəklər. Mən qorxuram və heç yerə getmirəm. Mən stress keçirə bilmərəm. Stress keçirmək nəyimə lazımdır! 20-30 kişiyə enerji ötürə bilməyəcəm. Gözləyirəm ki, hər yer açılsın".
Müğənni son günlər qalmaqal yaşadığı həmkarına ad çəkmədən cavab verib:
"Bu yerə əziyyətlə gəlmişik. Biri didib, biri bəyənib. Öz həyatımdan sizə misal çəkirəm. Sizin də həyatınızda qohum ola bilər".
Röya Ayxan əməkdar artist Elza Seyidcahanın haqqında bildirdiyi fikirlərə də münasibət bildirib:
"Elza Seyidcahanı çox sevirəm, o da məni sevir. Doğrudan da görün mənim neçə sevgilim, hit mahnılarım var".(Teleqraf.com)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
17:18 02.07.2026
Hərbi
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
17:11 02.07.2026
Dünya
Suriya və Livan arasında razılaşma imzalanıb
17:04 02.07.2026
Dünya