“Sən heç evlənməmisən?”: Hülya Avşarın Məryəm Üzərliyə sualı gündəmi silkələyib
11:07 02.07.2024
Şou
716
“Möhtəşəm yüz il” dizisindəki Hürrəm Sultan obrazı ilə könülləri fəth edən aktrisa Məryəm Üzərli Türkiyənin məşhur ifaçısı, bir zamanlar filmlərdə maraqlı xarakterlər canlandıran Hülya Avşarın "YouTube" kanalındakı proqramına qonaq olub. Yaş fərqlərinə baxmayaraq, xarici görünüş cəhətdən Məryəm Üzərlidən heç də geri qalmayan Hülya Avşarın aktrisaya sualı isə gündəmi silkələyib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Hülya Avşar M.Üzərliyə “Sən heç evlənməmisən. Niyə? Niyə səninlə evlənməyiblər?” soruşub, ardınca da ifadəsinə düzəliş verərək “səni niyə qaçırdılar”, deyə sual edib. Bu suallar Məryəm Üzərlinin sevgi barədə fikirlərini ifadə etməsindın sonra verilib. M.Üzərli “sevgi nə vaxt uğurlu sayılır? Biri ilə bərabər olub onunla həyatının sonunadək birlikdə olduqda, bu, sevgidə uğur sayılırmı? Ya da sevgililər bir-birindən ayrılırsa, bu, sevgidə uğursuzluqdurmu? Məncə, sevgidə uğur, uğursuzluq deyə bir şey yoxdur”, deyib. Hülya Avşar da bu açıqlamadan sonra Məryəm Üzərlini sual atəşinə tutub. Qarşılığında aktrisa “bu, mənimlə evlənmədilər, demək deyil. Bəzən sən həyatı yaşayırsan, bəzən həyat səni yaşayır. Bir dönəm həyat məni yaşadı. Mənim üçün önəmli olan insanın bilmədən xətaya yol verməsidir, bilərəkdən xəta etməsi yox”, cavabını verib. Sosial şəbəkələrdə isə Hülya Avşarın davranışı qınanıb. Yenidən paylaşım edən Avşar qızı “3-4 gündür bitmir bu söz-söhbət. Amma mən qonağımla söhbətdən çox məmnun qaldım. Hətta Məryəmə yayımlanacaq videonu öncədən göndərdik, razılığını aldıq, sonra yayımladıq. O da proqramdan razı qalıb. Təpkiləri normal qəbul edirəm. Amma mən Məryəmi əsla qısqanmadım, əksinə, ona heyran qaldım”, yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm