YOLUN AYDIN ALAATİN ÇAKICI - Polad Ələmdar türmədən çıxdı

Ramazanda Bozqurd düşüncələri


Koronavirus kabusu dünyanın gündəmini zəbt edəndən bəri axır ki, bir xoş xəbərə sevindim. Türkiyənin Millət Məclisi koronavirus səbəbindən 90 min adama bağışlanma (infaz) qərarı çıxardı. Bu mübarək Ramazan ayında 90 min ailədə sevinc quşları uçuşdu, ümid çıraqları yandı. Axı həbsxanada yalnız cinayətkarlar yatmır, bəzən millətin ən böyük oğulları da zindan hücrələrində çürüdüdülür. Bağışlananlar sırasında zamanınımızın ən böyük türklərindən biri, ömrünü millətinin və dövlətinin yolunda fəda etmiş canlı şəhid, ülgüçü gəncliyin idealı Alaattin Çakıcı (Ələddin Çakıcı) da var. Bu xəbər tək Türkiyədə deyil, Altaylardan Balkanlara bütün türklərin ürəyində sevinc tonqalları yandırdı və mediyanın gündəmində əsas məsələlərin birinə çevrildi. Azərbaycan mediyası bu böyük insan barədə az yazdığından, abimiz Alaattin Şakıcı barədə bir az bilgi vermək istəyirəm. Öncə ondan başlayım ki, məşhur “Qurdlar vadisi” serialının yaradıcıları baş qəhrəman Polad Ələmdar Qaraxanlının obrazını yaradarkən, ülgüçü hərəkatın qəhrəmanlarının ümumiləşdirilmiş obrazını göstərmək istəsələr də, biz Polad Əlamdarda əsasən Alaattin Şakıcının xüsusiyyətlərini görməyə baçladıq. Onun həyatının bir çox məqamları bu filmdə öz təzahürünü tapıb, çünki onun həyatı, gördüyü işlər 1980-ci illərdən bu yana onu canlı əfsanəyə çevirib. Əfsanə isə elə bir şeydir ki, onu nə unutdura bilərsən, nə öldürə bilərsən, nə də gizləyə bilərsən. Əfsanə öylə bir kabusdur ki, onun üçün heç bir sərhəd yoxdur, heç zaman sərhəddi də. Biz yüz illərdir Bilqamısı da xatırlayırıq, Kürşadı da, Koroğlunu da, Manası da. Alaattin Çakıcı da nə zamansa o sırada dayanacaq yəqin. Sadəcə Çakıcının Koroğludan, Manasdan bir fərqi var, o gizli savaşın, görünməyən savaşın qəhrəmanıdır. Bir növ türklərin Ceyms Bondudur. Onun gördüyü işlərin əksəriyyətinin üzərində sirr möhürü var...Təkcə ASALA erməni terror təşkilatının məhv olunmasında digər ülkücü qardaşları ilə göstərdiyi qəhrəmanlıqlardan çox sayda kitab yazmaq olar. Bu da böyük dostumuz, Türk dünyasının ən yaxşı detektiv yazarı Çingiz Abdullayevə yaraşır, dünya türk bürcü ətrafında dönməyə başlayıb, məncə Drongo Anadoluya səfər etsə pis olmaz...
                                                  ***
XX əsrn 70-ci illərində Qərb və Şərqin arasında gedən hibrid savaş Türkiyə Cumhuriyyətinin ərazisinə köçürülmüşdü, marksist tetror təşkilatları Anadolu torpağını qan çalasına çevirmişdi. Bir yandan da Türkiyənin NATO müttəfiqlərinin dəstəklədikləri ASALA erməni terror təşkilatı elə NATO dövlətlərinin ərazisində türk diplomatlarına qarşı qanlı savaş açmışdı. Cumhuriyyət hər iki tərəfin yaylım atəşi altında idi. Tez-tez dəyişən dayanıqsız hökumətlər isə aciz duruma düşmüşdülər. Bax onda, türk toplumunun qan çalasında çabaladığı bir zamanda, məmləkətin gerçək sahibləri, cismi köydən, ruhu göydəndən gələn qəhrəmanlar çıxdı ortaya. Bozqurdlar. Türk toplumunun əbədi qoruyucuları. Düşmən güclüydü, çox güclüydü, kommunizm virusuna yoluxdurulmuş Türkiyə evladları, Anadolunu öz müstəmləkəsi kimi görmək istəyən Qərb və daha kimlər. O ağır məqamda dövlət ağacının virusa yoluxmamış, sağlam budaqları ətrafında toplaşdı bozqurdlar. Yurdu yaşatmaq üçün can verən adlı və adsız qəhrəmanlar. Çənlibelin dəliləri, türk elinin vəliləri. Abdulla Çatlılar, Halik Kırçılar, Gürşad Poyrazlar və daha kimlər. O qəhrərəmanlar sırasında Alaattin Cakıcı ismi də vardı, türk olmanın bütün acılarını və sevincini dadmış şəxsiyyət. “Dev.sol” adlı terrorçu təşkilat onun atasını öldürdü, bacısına qəst etdi, əmisi oğlunu öldürdü. Atası Əli qədim türk soyundan olan sanballı bir kişiydi, Trabzondan İstanbula köçəndən sonra türkçü camiənin sevimlisi oldu. Onun qəhvəxavasında türk dünyası məsələləri müzakirə olunurdu.  O bir türk sevdalısıydı. Sonradan PPK adlanacaq DEVSOL terrorçuları onu ördürdülər, bəzi əqrəbasını da öldürdülər, amma oğlu Alaattində Səmavi Bozqurddan gələn öcalma duyğusu baş qaldırdı. O ailəsindən gələn bir gələnəklə dövlətə söykəndi, öc üstünə öc gəldi, dövlət yolunda böyük işlər gördü və sonda dövlət kürsülərində oturan yoğunboyun məmurlar onu və yoldaşlarını satdı. Və o üsyan elədi, Kaşqarlı Mahmudun ölümsüz torunu. Prezidentə də, başqalarına da üsyan elədi. Çünki hakimiyyət satqın ola bilər, amma türk törəsi pozulmaz...
                                                         ***
...Alaattin Cakıcının milyonlarla ülküdaşı olduğu qədər, düşmənləri də az deyil. Onu hamının sevməsi sədəcə gülünc olardı. Onun türmədən çıxacağına ehtimal olduğu gündən, MHP başqanı, başbuğ Dövlət Baxçalı onun bağışlanmasını dilinə gətirdiyi gündən Türkiyə mediasında qasırğa başladı. Özlərinə söykənc hesab etdikləri Cumhuriyyətin qurucusu M.K.Atatürkdən başqa bütün türkləri terrorçu və mafiyaçı elan edən mafiya nökəri mətbuat türkün ən böyük balasını terrorçu elan elədi. Bu alçaqların təbirincə Alaattin Cakıcı Metedən bu yana bütün türklərin davamçısıdır, yəni onların düşüncəsinə görə terrorçudur. Bunlar millətin varını talan edib xarici banklarda toplayırsa, demək demokratdılar, sivil insanlardır. Bunun hesabını soruşacaq kimsə tapılsa isə, demək mafiya babasıdır, terrorçudur. Onlar bu düşüncə ilə həmişə hərəkət elədilər, millətsevər insanları kullanıb atdılar, terrorçular dağlarda, qəhrəmanlar zindanlarda yatdılar. Türk millətinə xidmətə görə Alaattin Cakıcıya ömürlük həbs cəzası verdilər. Əlbətə bunlar anlazz ki, Tanrı bozqurduna Vətən yolunda verilən cəza da xidmətdir.  Sonradan cinayətkar olduqları bəlli olan hakimlər Alaattin Cakıcının ömründən 16 il qoparıb onu zindanda cürütdülər. Amma Allahın da qəribə işləri var, elə həmin zamanda dünya “Qurdlar vadisi” filmini gördü, Polad Əlamdar obrazında Alaattin Çakıçını gördü. Dünya onu sevdi, bozqurdu, çünki o ədalət carçısıdır, Tanrının işığından gələn ilahi varlıqdı. O türkün özüdür. Dostlar da, düşmanlar da xeyli utandılar.
                                                             ***       
O türmədən çıxan günü Amerikadan Rusiyaya minlərlə internet trolu ortaya çıxdı. Dünyada nə qədər günah varsa onun ayağına yazmağa çalışdılar. Atillanın, Çingizxanın, sultan Suleymanın, Atatürkün, nə bilim daha kimlərin günahlarını onun və türk millətini ayağına yazmağa çalışırlar. Yəni bunlar türkləri öz əshabələri hesab edirlər, kimsə baş qaldıran da isə mafiyaçı damğası yapışdırırlar.  Amma düşünürəm ki, bu gün, dəyişən dünyamızda onların cəhdləri əbəsdir. Satqınlar həmişə olub, bu xəsdə qoyunlar çox dövlətləri virusla yoluxdurub, imperiyalar məhv eləyiblər. Amma tarixin bir qurd zamanı da var. Qoyunların gövşəmə dövrü hardasa bitəcək, koronavirasa yoluxanların devşirmə dövrü başlayacaq.                      
                                              ***
Alaattin Çakıcı Türmədən çıxanda onun görüşünə 777 avtomobildə (arabada) tanrı ərənləri gəldi, Çənlibelin dəliləri, türk elinin vəliləri insanlar. Koronovirus qadağası olmasaydı onlar 7777 də olabilərdi, bəlkə də elə bu qədər idilər, hər halda mən orada yox idim. Yəni Hacı Bektaşın ərənləri sayda araba gəlmişdi. Türkiyədəki qadağa dövründə. Qardaşım Alaattin, qoy Tanrı işığı üstündə olsun, sən bu müqəddəs gündə, gözəl Ramazanda bizimləsən, səninlə bərabər 90 min insan da nicat tapdı, şükür olsun böyük Allaha. Mən Türk Törə Ocağı adından başqanımız Rəcəb Tayib Ərdoğana, başbuğumuz  Dövlətv Bağçalıya, Türkiyə Millət Məclisində özünü türk hesab edən hər bir insana təşəkkür edirəm. Sağ olun əzizlərim, mən bunu “Türk Yüz İlinin türküləri”ndə yazmışam, indi təkrar edirəm - ZAMAN BİZİM ZAMANIMIZ, ƏSR BİZİM ƏSRİMİZDİR,

Elxan Zal Qaraxanlı, Türk Törə Ocağı Başqanı