Daş parçasının qramının qiyməti 60 dollardır
Türkiyənin Dənizli bölgəsində tarlasından bölgəyə xas olmayan tünd rəngli fərqli quruluşuyla diqqət çəkən daş parçaları tapan Əli Urhan (54) nümunə götürüb, Ankara Universitetinin Araşdırma və Tətbiq Mərkəzinə (YEBİM) aparıb.
"Şərq" türk mediasına istinadən xəbər verir ki, araşdırma zamanı daşın 49 ayrı-ayrı element daşıdığı və meteorit ola biləcəyi təsbit edildi. Meteoritin qramının 60 dollar olduğunu bildirən Urhan indi özünü çox xoşbəxt hiss etdiyini söyləyir.
Daş parçalarının təxminən 2 kiloqram olduğunu və satmaq istədiyini söyləyən Əli Urhan bunları deyib:
"Testlərlə meteorit olduğunu sübut etdik. Meteorların alıcısı ümumiyyətlə xaricdə olur, mən də daşı satmaq istəyirəm.
Qramını təxminən 60 dollardan alırlar. Daşın təhlükəsizliyi üçün bankda kassa kirayəyə götürüb, orada saxlayacağam. Mənə dedilər ki, Bolqarıstana getməliyəm, alıcıları oradadır. Təhlükəsizliyimdən narahatlıq keçirib, getmədim".