Baku TV Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Twitter”də “Xocalı30” və “XocalınıUnutma” həştəq kampaniyası başladıb.
Məqsəd Xocalı ilə bağlı erməni yalanlarının ifşa edilməsinə dəstək olmaq və xalqımıza qarşı törədilən soyqırımı aktını dünya ictimaiyyətinə çatdırmaqdır.
Sizi də 26 fevral saat 00:00-dan etibarən “Twitter”də Xocalı soyqırımı ilə bağlı paylaşımlarda “Xocalı30”, “XocalınıUnutma”, “Khojaly30” həştəqlərindən istifadə edərək kampaniyaya qoşulmağa çağırırıq.