ABŞ səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib


ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

Səfirliyin “Twitter” hesabında səfir Örl Litzenberqin sözləri dərc olunub:

“Bu gün biz Azərbaycan xalqının kədərini paylaşır və 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik”.