Dünyanın qədərini dəyişdirən ayaqqabı: Hillari  Klintonun kitabındakı Putin - FOTOLAR

ABŞ-ın 42-ci Prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klintonun "Çətin Seçimlər" adlı kitabında Rusiya dövlət başçısı Putinlə əlaqədar hissə ictimai mediada gündəm oldu. Putinin 2-ci dünya savaşında ölümdən dönən bir ananın oğulu olduğu məlumatı oxuyan hər kəsi heyrətə saldı. Bir cüt ayaqqabıyla başlanan hekayənin detalları ilə tanış olun.




 



































 - Döyüş bölgəsindən icazə ilə məmləkəti Leninqrada (St. Peterburq) gələn bir əsgər, evinin olduğu prospektə doğru hərəkət edərkən, Almaniya bombardmanı nəticəsində ölənləri daşıyan bir yük maşını ilə  qarşılaşır. Ölülər toplu basdırılmaq üçün qəbiristanlığa aparılırdı. Cəsədlərin arasında əsgərin diqqətini çəkən bir məqam vardır; bir ayaqqabı. Gördüyü ayaqqabı həyat yoldaşına aldığı ayaqqabıya bənzəyirdi. Evə gedib - getməməkdə tərəddüd edən əsgər vəzifəliyə, ayaqqabını geyən ölünü görmək istədiyini söyləyir. Vəzifəli icazə verir. Əsgər yük maşınıya çıxır, cəsədə baxır və gördüyü adam arvadıdır. O, vəzifəliyə cəsədin arvadı olduğunu və onu götürüb özü basdırmaq istədiyini söyləyir. Vəzifəlinin köməyi ilə cəsəd maşından endirilir. Əsgər arvadının çətin də olsa nəfəs aldığını fərq edir və onu götürüb dərhal xəstəxanaya aparır. Tibbi müdaxilələr nəticəsində qadın xilas olur, yaxşılaşır və normal həyata dönür.

O gün ölümdən dönən qadın daha sonra hamilə qalır və 7 oktyabr 1952-ci də Rusiyanın dövlət başçısı Vladimir Putini dünyaya gətirir.

Putin bu hekayəni özü ABŞ Xarici işlər Naziri olduğu dövrdə Hillari Klintona danışıb. H. Klinton da  hekayəyə kitabında yer verib.

Turan