Rusiya rublu ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiq edildiyinə dair mediada məlumat yayılıb.
Belə ki, Rusiya rublunda bütün nağd, nağdsız və konvertasiya əməliyyatlarının aparılmasının qadağan olunduğu, həmçinin müştərilər tərəfindən cari hesablara rus rublunda nağd mədaxil əməliyyatlarının aparılmasının qadağan olunduğu bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Beynəlxalq Bankından cavab olaraq qeyd edilib ki, Rusiya rublu ilə əməliyyat üzrə məhdudiyyət yoxdur.
“Müştərilər elan olunmuş məzənnə ilə əməliyyat apara bilərlər”, - deyə əlavə edilib.