NASA-da "Günəşə hökm edən" türk qadını


Alim,  professor Dilhan Әryurtun NASA-da işlәyәn ilk Türk qadın alimi adını hələ 1950-ci illərin sonunda alıb. 

Sherg.az  xarici KİV-ə istinadla xəbər verir ki, İstanbul Universitetinin riyaziyyat vә astronomiya fakültәsini bitirәn Dilhan Әryurt 1959-cu ildә aldığı tәqaüdlә iki illiyinә Kanadaya gedir. 

Daha sonra "National Academy of Sciences" tәqaüdünü alaraq NASA-nın Goddard Tәdqiqat İnstitutunda işlәmәyә başlayır vә  burada Günəş sistemi ilә bağlı araşdırmalar aparır.

Onun adı tarixә ''Günәşә hökm edәn qadın'' olaraq düşür. Dilhan Әryurt 1969-cu ildә Aya eniş layihәsinә verdiyi töhfәlәrә görә NASA-nın  Apollo Uğur Mükafatına layiq görülür. (publika.az)