Bu gün Azərbaycan Türk Ocağının üzvləri Xoçahəsəndə , Novxanıda , Məhəmmədi kəndlərində ömrünü Azərbaycanın istiqlalına, bütövlüyünə qurban verən Qafqaz İslam Ordusu əsgərlərinin məzarlarını ziyarət eləyib.Bu barədə "Şərq" ə açıqlama verən Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı məlumat verib:
"Azərbaycan milli hərbi qüvvələri , könüllülərlə bir səngərdə döyüşən , həyatını qurban verən şəhidləri anmaq bizim vəfa borcumuzdur.
1918 - ci ildə Azərbaycan cətin sınaq qarşısında qalanda , erməni - rus hərbi birləşmələrinin xalqımıza qarşı soyqrımının qarşısının alınmasında xalqımıza ən böyük dəstəyi Türkiyə , Türk ordusu verdi.Təkcə 5 - ci Qafqaz diviziyası 1136 şəhid verdi.Azərbaycanın istiqlal savaşı aparılan əksər bölgələrində Türk əsgərinin məzarları var. Bu məzarlar bizə əmanətdir ".
A.Aşırlı qeyd edib ki , Azərbaycan Türk Ocağı üzvlərinin iştirak etdiyi ziyarətdə vəfa borcumuzu yerinə yetirdik, şəhidlərin ruhuna dualar oxuduq , məzarına gül qoyduq. Tanrı bütün şəhidlərimizə rəhmət eləsin.