“Qondarma erməni soyqırımı iddiaları əsassızdır. Bununla bağlı tarixçilərimizin ortaya qoyduğu həqiqətləri hər kəsin görməsini gözləyirik”.
Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Bunlar tarixdən düşmənçilik çıxarırlar. Bu heç bir şəkildə müasir dövrdəki regional və qlobal sülhə xidmət edəcək bir fəaliyyət deyil”, - deyə H.Akar bildirib.
Türkiyəli nazir 1915-ci il hadisələri ilə bağlı tarixçilərin ortaya qoyduğu həqiqətlərə və ABŞ arxivlərinə işarə edərək burada heç bir şəkildə “soyqırımı” ifadəsinin yer almadığını vurğulayıb:
“Hadisə siyasi səylərlə təhrif olunur. Bizim tariximiz təmizdir, utanılacaq bir şeyimiz yoxdur”.