"Bizim üçün MAY qalibiyyət ayına çevrildi"

Məğlub xalqlar qalib xalqların qələbə gününə şərik çıxır, ən yaxşı halda, özlərini ovudurlar.
9 May Faşizm üzərində qələbə günü faktiki olaraq, bütün sovet xalqının, o cümlədən, ll dünya müharibəsində həlak olan 400 min azərbaycanlının,  bir o qədər müharibədən travmalarla qayıdan həmyerlilərimizin və bütün xalqın bayramı olsa da, mənəvi və siyasi-hərbi mənada sadəcə rus xalqının bayramına çevrildi.
Bizim üçün isə may kabusa dönməklə uzun illər yaddaşlarda silinməz iz qoydu.
9 may Şuşanın işğalı başa çatdı.
Ermənistanda - 9 may tarixi üç bayramın qeyd edildiyi qələbə tarixi idi.
1. Qələbə günü
2. Şuşanın işğalı günü 
3. Sülh günü.
......
Bu gün isə Ukraynada baş verən müharibə ilə bir çox tarixi hadisənin məzmunu dəyişdi.
Ermənistan üçün qalibiyyət günləri məğlubiyyətlə əvəz edildi.
1. Müharibədən məğlub çıxan xalqın "Sülh günü" ola bilməz.
2. Şuşa işğaldan azad edilib.
3. 9 Mayi artıq bütün dünyada rusların qələbə günü kimi qeyd edilməsi qəbul edilib.
4. Ayik Mamicanyana görə ermənilərin qalibiyyət gününü məğlubiyyət çevirən əsas hadisə Paşinyanin hakimiyyətə gəlməsi idi.
 Bizim üçün isə may öz məcrasına - qalibiyyət ayına və məğlubiyyətlərin silindiyi aya çevrildi.
Üstəgəl, qarşıdan 28 May günü gəlirsə və ən əsası 8 -lərin Maydaki məğlub sifətini Noyabrdaki 8 qalibiyyəti böyük bir qürurla dəyişdisə.
Indi baxaq, Qriqoryan kilsəsinin təqviminə: 
Kimdən yanadir və kim "yan"di...
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzindən mətbuat xidmətinin rəhbəri