7 əsrlik tunel


Oğrular qızılla dolu küpləri yağmaladı 

Hadisə İstanbulun Üsküdar bölgəsində yaşanıb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Üsküdarda tarixi 7 əsr öncəyə uzanan bir tunel oğrular tərəfindən yağmalanıb. Tunelin bur ucu Çəngəlköy, bir ucu da Quzğuncuğa qədər uzanır. Qızılaxtaranlar tunelin ətrafında əməlli-başlı düşərgə salıb. 

Bir neçə ay çalışan oğrular özləriylə gətirdikləri alətlərlə tuneldə içərilərə doğru 500 metr yol açaraq oradan qızıl və qızıl sikkələrlə dolu küplər çıxarıblar. Mağara və Dəniz Təhqiqatçısı Fatih Bayrak tunel ətrafında hərəkətlilik olduğunu fərq edib və yaşananları gizli şəkildə mobil telefon kamerasıyla çəkib, bu barədə rəsmi qurumlara xəbər verib. Hadisə yerinə gələn dövlət orqanları tunel ətrafında təhqiqat başladıblar. F.Bayrak deyib ki, mağara və dəniz təhqiqatçıları olaraq tunel ətrafına gəldikdə burada gizli qazıntı aparıldığını fərq ediblər. Oğruların tunelin gizli qapaqlarını çox ustalıqla açdıqları və qızıl küpləri oğurladıqları məlum olub.