Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün imzasının bir çox yerdə orijinaldan fərqli istifadə edildiyi üzə çıxıb. Bəzi vətəndaşların bu istiqamətdə müraciətindən sonra Milli Müdafiə Nazirliyi Atatürkün soyad qanunundan sonra yazmağa başladığı orijinal imzasını paylaşıb.
Suvenirlərdən afişalara, avtomobil şüşələrindən bədən döymələrinə qədər bir çox sahədə istifadə edilən imzanın orijinal olmadığına dair bəzi vətəndaşların müraciətlərindən sonra Atatürkün imzaları Milli Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətlə paylaşılıb.
Sherg.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinə bağlı Arxivlər və Hərb Tarixi İdarəsi 1934-cü ildə Atatürkün soyad qanunundan sonra istifadə etdiyi imzanı paylaşıb. İmza internetdə tapılan və geniş istifadə olunan imzadan fərqli görünür.
Orijinal imzada sonundakı "K" hərfi sağa doğru aşağıya doğru uzanır, çox istifadə edilən yanlış imzada isə bu əyri "Atatürk" ifadəsinin altında uzanır.
Arxivlər və Hərb Tarixi İdarəsi, Atatürkün 1915-ci ildə Anafartalar Qrupu komandiri olarkən, 1919-cu ildə Nümayəndələr Komitəsinin sədri olarkən , Sakarya döyüşü və Böyük Hücumdan sonra istifadə etdiyi imzaları da paylaşıb.
Bundan əlavə, 1928-ci ildə əlifba islahatından sonra hələ “Atatürk” soyadını almadığı vaxtlarda istifadə etdiyi türk əlifbasında ilk imzası da paylaşılıb.