Yasamal qəbiristanlığında diqqətimizi çox tənha və miskin bir məzar çəkdi. Məzarın üstündə "Qafaq Həqqi - Əməkdar artist" deyə qeyd olunub. Məzarın sahibi 1908-ci ildə doğulub, 1992-ci ildə isə vəfat edib. Biz Şərq TV komandası olaraq Qafar Həqqinin kimliyi ilə maraqlandıq.
Baş daşında Qafar Həqqi yazılsa da əməkdar artistin soyadı Qasımzadədir. “Həqqi” isə onun təxəllüsüdür. 1908 - ci ildə Güney Azərbaycanının Ərdəbil şəhərində doğulub. Tərcümeyi - halı barədə internet informasiya resurslarında məlumatlar o qədərdə çox deyil.
Daha ətraflı "Sherg.az" təqdim edir: