"Dövlət olmaq tariximiz 1918-ci ilin 28 Mayından başlayır!”
Fidan Həmişəyeva
14:38 26.05.2021
Tarix
798
İki gün sonra ölkəmizdə 28 May Respublika Günü kimi qeyd olunacaq. Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 103 il ötür. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.
1918-ci ilin mayın 28-də azərbaycanlılar ilk dəfə olaraq demokratik prinsiplərə söykənən milli-mədəni əsaslara dayanıqlı dövlət qurdular. Bu, bütün Şərq və Türk dünyasında ilk demokratik xalq cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdanbəy Topçubaşov, Fətəlixan Xoyski kimi dahi şəxsiyyətlərin böyük əməyi olub.
Tariximizin şanlı səhifəsi barədə “Sherg.az”a danışan tarixçi-alim Nəsiman Yaqublu bildirib ki, AXC-nin yaradılması ilə çox böyük bir hadisə baş verdi:
“Biz Şərqdə ilk demokratik dövləti quran millətik. Bu, bizim üçün böyük nailiyyətdir. 28 May bizim bir xalq olaraq dövlət qurduğumuz gündür. Tarixdə çoxlu xalq və millət var. Amma dövlət olaraq mövcud olmaq çox çətindir. Bir dövlət qurmaq həm də yüksək siyasi savadın bir nəticəsidir. Bu mənada AXC-nin yaradılmasının çox böyük tarixi əhəmiyyəti var. Bu dövləti quran şəxsiyyətlər olub. Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultan və digər şəxsiyyətlərimiz Cümhuriyyətimizi qurmağı bacardılar”.
Tarixçi qeyd edib ki, Cümhuriyyətimizin 23 aylıq mövcudluğu dövründə xronoloji cəhətdən bir neçə hadisəni qruplaşdırmaq mümkündür:
“Birincisi, hər şeydən əvvəl Bakı və Bakıətrafı bölgələr azad edildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun böyük fədakarlığı ilə Nuru paşanın rəhbərliyi altında Bakı və yaxın bölgələr erməni və ruslardan xilas olundu. 28 May olmasaydı, 15 sentyabr olmazdı.
İkinci böyük hadisə 1918-ci il dekabrın 7-də parlamentin yaradılması oldu.
Azərbaycan parlamentari mədəniyyətinin əsasının qoydu. O zamana qədər Çar Rusiyasının tərkibində yaşamışdıq və Rusiya Avropa ölkələri içərisində ən geridə qalmış bir dövlət idi. Yalnız şəxsi parlamentimizi yaratdıq. Parlament 17 aylıq dövründə 270-ə qədər qanunu müzakirəyə çıxartdı, 230-a qədər qanun qəbul edildi. Bu qanunlar insanlarımızın həyatında mühüm rol oynadı.
Üçüncü hadisə Azərbaycanın milli ordusunun yaradılması oldu. Ərazi bütövlüyümüz bərpa edildi. Zəngəzur, Qarabağ və digər bölgələrin hamısı Azərbaycan əraziləri idi.
Ən böyük hadisələrdən biri 1920-ci il yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması oldu. Azərbaycan xalqının yaratdığı dövləti və Cümhuriyyəti aparıcı dövlətlər tanıyır və qəbul edirdilər.
Cümhuriyyət dövründə təhsildə və mədəniyyətimizdə də böyük hadisələr baş verib. Cümhuriyyətimizi quran şəxslərin hər birinin adı tariximizə qızıl hərflərlə yazılıb. Dövlət olmaq tariximiz 1918-ci ilin 28 Mayından başlayır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya