Unudulmuş qəhrəman - Həbib bəy Səlimov
19:40 17.06.2024
Tarix
2433
Həbib bəy Səlimov 1881-ci ildə anadan olub. O, ilk təhsilini İrəvan Müəllimlər Seminariyasında aldıqdan sonra elə həmin şəhərdə gimnaziyaya daxil olur və gimnaziyanı birinciliklə bitirir. Uşaqlıqdan hərbiyə marağı ilə seçilən Həbib 1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq Gəncə süvari alayında 1 il 2 ay xidmət edib. Orduda göstərdiyi üstün xidmətlərə görə 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə isə elə həmin hərbi hissədə komandir təyin olunub. 1907-ci ildə Müqəddəs Vladimir ordeni ilə təltif edilən Həbib bəy bundan sonra bir neçə sərhəd bölgəsində xidmət edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Həbib bəy Səlimov ilk vaxtlar Cümhuriyyət ordusunda Dəftərxana rəisi vəzifəsində çalışır. Göstərdiyi peşəkarlığa görə bir müddət sonra Nuru Paşa tərəfindən Azərbaycan Korpusunun Qərərgah Rəisi təyin edilən Həbib bəy həmçinin Azərbaycan qoşunlarının Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olur. O, bu yürüş zamanı Ələti, Atbulağı və Nəvahini azad edir. Həbib bəyin bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdirdiyi dövrdə ona polkovnik hərbi rütbəsi verilir. 1919-cu ilin fevralın 26-da Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə Həbib bəy Səlimova general-mayor rütbəsi təltif edilir.
1920-ci ildə ermənilərin Qarabağda yerli əhaliyə qarşı soyqırıma başlaması səbəbindən Həbib bəy Səlimov Qarabağa göndərilir. Baş verən döyüşlərdə üstün hərbi zəkası ilə erməniləri məğlub etməyi bacaran Həbib bəy bundan sonra yaddaşlarda Əsgəran savaşının qəhrəmanı kimi qalır.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşeviklər onu Naxçıvanda hərbi komissar təyin etsə də, Həbib bəy bolşeviklərə işləməyi rədd edir. Bu səbəbdən 1920-ci il dekabrın 30-da Azərbaycanın görkəmli qəhrəmanı Həbib bəy Səlimov bolşeviklər tərəfindən güllələnir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya