"Orta məktəbi bitirməyən biri 4 il sonra diplomla gəlir" - Deqradasiya


"Hər ölkəmizdə keçirilən buraxılış və qəbul imtahanlarından sonra yetərli bal toplaya bilməyib, ali məktəbə qəbul oluna bilməyənlər xarici ölkələrə üz tutur".
Bunu "Sherg.az"a təhsil eksperti Kamran Əsədov  deyib.
Onun sözlərinə görə, vətənimizin gənclərinin təhsil almaq üçün gəldiyi ölkələrdən biri də qardaş Türkiyədir. Hardasa 15 minə yaxın soydaşımız burda təhsil ardınca gəlib. Bu onların hüququdur:


"Amma məsələnin digər tərəfi var. Bildiyimiz kimi, ölkəmizdə şagirdlər orta məktəbi bitirəndən sonra attestat alırlar. Amma müəyyən qədər attestatı ala bilməyənlər olur.

Onlar sonra saxta attestat ilə xarici ölkələrdə təhsil almağa üz tutur və 4 il sonra diplom alıb gəlib ölkədə bu dıplomu tanıtdırırlar. Təsəvvür edin ki, orta məktəbi bitirməyən ali təhsil diplomu ilə gəlir.  
Ona görə də, Təhsil Nazirliyi diplomu tanıyarkən müracət edənin orta məktəbi bitirməsi məsələsini də araşdırmalıdır.  Türkiyə universitetləri bizim müraciət edənlərin saxta sənəd, imtahan nəticəsi təqdim etməsindən beziblər".