ADA Məktəbinin şagirdləri ilk dəfə olaraq şərəf andı içiblər




Sentyabrın 12-də ADA Universitetində şərəf andı içmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim ADA-nın qısa tarixində daha bir ilklə yadda qalıb - bu ildən fəaliyyət göstərən ADA Məktəbinə ilk qəbul edilən 253 nəfər yuxarı sinif şagirdi də tədris zamanı akademik əxlaq və dürüstlük prinsiplərinə sadiq qalacaqlarına and içiblər.

Xatırladaq ki, ADA Universitetinin Şərəf Məcəlləsi beş akademik əxlaq və dürüstlük prinsipindən ibarətdir: “Yalan danışma! Aldatma! Plagiatlıq etmə! Ayrı-seçkilik salma! Bu prinsipləri pozmaqda başqalarına yardım etmə!” .