Bakı Dövlət Universitetində təhsil alan aztəminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik, biri 3 manat dəyərində yemək kuponu pulsuz olaraq veriləcək.
Bu barədə təhsil eksperti Kamran Əsədov öz Feysbuk profilində yazıb.
O bildirib ki, BDU-nun rektoru Elçin Babayev bununla bağlı müvafiq göstəriş verib. Qərar noyabrın birindən etibarən icra olunur.