Tam orta təhsil səviyyəsi üzrə (XI sinif) bu il keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılıb.
Dövlət İmtahan Mərkəzindən APA -ya verilən məlumata görə, bu il yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb.
Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24‑dən 12-yə endirilib.
İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:
Azərbaycan (rus, gürcü) dili
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.
Riyaziyyat
- Qapalı tipli 13 tapşırıq;
- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;
- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.
Xarici dil
- Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
- Qapalı tipli 16 tapşırıq;
- Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.