Təhsil krediti tibbdə oxuyanlara gələcəkdə böyük çətinliklər yarada bilər - Həkim


 Həkim-pediatr Vaqif Qarayev tələbələrə veriləcək kreditin tibb ixtisası üzrə təhsil alanlara gələcəkdə böyük çətinliklər yarada biləcəyinə toxunub. Sosial şəbəkədə bununla bağlı paylaşım edən həkim yazır:

Təhsil Krediyi Fondu çoxdan müzakirə olunan mövzu idi. Həyata keçəcək deyəsən.  Nə qədər qabiliyyətli uşaqlarımız 1-2 bala görə, həm də imkansızlıqdan təhsildən kənarda qalırdı. Əksəriyyəti sonra ruhdan düşürdü.  Ödənişlə oxuyanların bir çoxu ödənişsizlərdən daha qabiliyyətli idi. Amma imkansızlığa görə çox əziyyət çəkirdilər. Tibb Universitetindən danışıram. Bunu görə-görə gəlirik. Təhsil Krediti Fondu ilə bağlı deyilənlər olduğu kimi icra ediləcəksə əla təşəbbüsdü. Amma təhsil haqqını azaltsalar yaxşıdır.  Tibb tələbəsi 6 ilə 27 000 ödəniş etməlidi. Sonra 2-3 illik rezidentura da var. Digər xərclərə də elə bu qədər pul lazım olur.  Deməli, sonra aldığı cüzi maaşla ancaq kredit ödəməli olacaq. Bu məsələ tənzimlənsə yaxşı olar”.