Sosial şəbəkədə Akademik Zərifə Əliyev adına litseyin müəllimlərinin videosu yayılıb. Görüntüdə hər iki müəllimin qeyri-adekvat davranışı tənqid predimetinə çevrilib. "Sherg.az" Teleqraf.com-a istinadla xəbər verir ki, iddialara görə, video təhsil kompleksində çəkilib.
Görüntü zamanı müəllim göbək rəqsi oynayır, təşkilati işlər üzrə direktor müavini Axundova Nigar müəllimin sinəsinə pul basır. Məlum görüntü sosial mediada, eləcə də ictimaiyyətdə müzakirələrə yol açıb. Kimi “Həmin müəllimlər auditoriyada deyillər, şəxsi mənzildə əylənirlər və istədikləri davranışı sərgiləməkdə sərbəstdirlər” iddiası ilə çıxış edib, onlara haqq qazandırır, kimi isə “Müəllim adı və peşəsi müqəddəsdir. Bəs niyə bəzi təhsil işçiləri bu adın ağırlığını unudur?” fikirlərini paylaşır...
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Sherg.az"a açıqlamasında qeyd edib ki, video evdə, şəxsi əyləncə zamanı çəkilib və məktəbin nüfuzunu aşağı salmaq üçün paylaşılıb:
"Zərifə Əliyeva adına litsey istər tələbələrin qəbul səviyyəsi, istərsə də müəllimlərin peşakarlığı baxımından Azərbaycanın ən öndə gələn məktəbidir. Əlbəttə, hər bir insanın azad istirahət hüququ var . Lakin 2014-cü ildə qəbul edilmiş təhsil işçilərinin davranış qaydalarına görə istər tədris zamanı, istər tədrisdən sonra etik qaydalara riayət edilməlidir. Bu, təhsil işçiləri həm litseyin prestijini, həm də milli mentalitetimizi nəzərə almalı idilər".